Yunanıstan 20 ədəd “F-35” qırıcısı alır
Tarix: 25-07-2024 19:18 | Bölmə: Dünya
Yunanıstan 20 ədəd “F-35” qırıcısı alır

Yunanıstan rəsmi olaraq 20 ədəd “F-35A” Birgə Zərbə Qırıcısı almağa dair müqavilə imzalayıb. Bununla Yunanıstan ABŞ-nın “Lockheed Martin” şirkətinin istehsalı olan beşinci nəsil qırıcılardan istifadə edən 19-cu ölkə olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə xarici KİV-lər Yunanıstanın müdafiə naziri Nikos Dendiasa istinadla yazıb.

Onun sözlərinə görə, Yunanıstan dünyanın ən müasir döyüş təyyarələrini almaqla güclü silahlı qüvvə qurur.

Bildirilir ki, hələlik 3,76 milyard dollara cəmi 20 təyyarə alınacaq. Çatdırılmalar 2028-ci ildə başlayıb, 2033-cü ilə qədər davam edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər