Ukrayna ordusu Toretsk yaxınlığında mühasirəyə düşə bilər
Tarix: 26-07-2024 18:43 | Bölmə: Dünya
Ukrayna ordusu Toretsk yaxınlığında mühasirəyə düşə bilər

Ukraynanın müdafiə qüvvələri Donetsk vilayətində - Toretsk yaxınlığında qazana (mühasirə nəzərdə tutulur-red.) düşə bilər.

Reyting.az xəbər verir ki, belə bir iddia ilə "Bild" nəşrinin hərbi analitiki Culian Röpke çıxış edib.

Onun sözlərinə görə, Toretskdən cənub- qərbdə Rusiya qoşunları 2022-ci ilin fevralına qədər tikilmiş Ukrayna Silahlı Qüvvələrinin istehkamlarını hələ də yarmayıb. Amma indi ruslar qərbdən Jeleznı və Severnı, cənubdan Nyu-York kəndi vasitəsilə şəhərə doğru irəliləyirlər. Nəticədə Ukrayna mövqelərində problem yaranıb.

“Ruslar orada bir növ qazan yaratmağa çalışırlar, bu o deməkdir ki, ukraynalılar Nyu-Yorkun yaşayış məntəqələrini geri ala bilməsələr, geri çəkilməlidirlər, çoxları isə bunu istəmir. Amma çox güman ki, onlar tezliklə oradan ayrılacaqlar”, - J. Röpke deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər əməliyyat hesabatında bildirib ki, son 24 saat ərzində cəbhə xəttində düşmənlə 149 hərbi toqquşma qeydə alınıb.

Ruslar Toretski istiqamətində səylərini Severnoe və Nyu-York yaşayış məntəqələri yaxınlığında cəmləşdirir, burada aviasiyanın dəstəyi ilə Ukrayna qoşunlarının mövqelərinə yeddi hücum həyata keçirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər