Rusiya ordusu bu yay genişmiqyaslı hücuma keçəcək?
Tarix: 31-07-2024 12:34 | Bölmə: Dünya
Rusiya ordusu bu yay genişmiqyaslı hücuma keçəcək?

Rusiya ordusu çətin ki, bu yay Ukraynada yeni hücum həyata keçirə bilsin, çünki onların silah və canlı qüvvəsində əhəmiyyətli itki var.

Reyting.az
xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bildirilir.

Qeyd olunur ki, Rusiya qüvvələrinin bu yay Donetsk bölgəsində və ya cəbhə boyu başqa yerlərdə yenidən qurulmuş hücuma keçmək üçün geniş imkanı yoxdur.

Ekspertlərin fikrincə, Rusiyanın Donetsk vilayətində vaxtaşırı yerli mexanikləşdirilmiş hücumları onların hazırkı hücum potensialının miqyasını nümayiş etdirir. Diqqətə çatdırılır ki, Rusiya komandanlığı Ukraynanın şərqində məhdud taktiki uğurları böyük qələbə kimi təqdim edə bilərlər. Eyni zamanda, prosesdə itkilərə baxmayaraq, işğalçıları Donetsk vilayətində mümkün qədər irəliləməyə məcbur etməyə çalışırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər