13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Rumıniyada Rusiyaya məxsus dronların hissələri tapılıb
Tarix: 01-08-2024 10:59 | Bölmə: Dünya
Rumıniyada Rusiyaya məxsus dronların hissələri tapılıb

Rumıniyada Tulça qraflığının Katalkioy bölgəsində Rusiyaya məxsus pilotsuz təyyarələrin yeni fraqmentləri aşkar edilib. Bu, iyulun 31-də Rusiyanın Ukraynadakı mülki obyektləri və liman infrastrukturunu atəşə tutmasından sonra Rumıniya sahilinə düşmüş pilotsuz təyyarələrin elementlərinin axtarışı çərçivəsində baş verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Nazirlik bildirir ki, pilotsuz təyyarələrin fraqmentləri Tulça qraflığının Plauru və Periprava yaşayış məntəqələri yaxınlığında tapılıb.

“Nikulitsel və ya Kilia kimi pilotsuz təyyarələrin mümkün düşməsi ilə bağlı ictimai məkanda qeyd olunan digər təsirlənmiş ərazilərə gəlincə, araşdırma onların mövcudluğunu təsdiqləməyib. İnsanların və ya infrastruktur elementlərinin zərər görməsi faktı yoxdur”, - mesajda qeyd olunur.

Nazirlik real vaxt rejimində müttəfiq strukturları hücumlar nəticəsində yaranmış vəziyyətlər barədə məlumatlandırmaqda davam edir və onlarla daimi əlaqə saxlayırlar.

“Biz həmçinin, Rusiya Federasiyası tərəfindən Ukraynanın mülki obyektlərinə və infrastrukturuna qarşı həyata keçirilən əsassız və beynəlxalq hüquqa ciddi şəkildə zidd olan hücumları pisləməklə bağlı sərt mesajımızı təkrarlayırıq”, - deyə mətbuat xidməti əlavə edib.

ELÇİN





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}