20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Rusiya təyyarəsi NATO ölkəsinin ərazisinə düşüb
Tarix: 09-09-2024 15:53 | Bölmə: Dünya
Rusiya təyyarəsi NATO ölkəsinin ərazisinə düşüb

Müttəfiqlərin hərəkətsizliyi Rusiya pilotsuz təyyarələrinin (PUA) NATO-ya üzv ölkələrin ərazisinə düşməsinə səbəb olub.

Reyting.az
xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis sosial şəbəkədə yazıb.

Nazir qeyd edib ki, cəmi 3 il əvvəl ağlasığmaz hadisələr indi rutin hesab olunur: “Nə Ukraynaya, nə Latviyaya, nə də NATO ərazisində heç bir yerə düşməməlidir, lakin bu, bizim fəaliyyətsizliyimizə gətirib çıxaran yeni reallıqdır”.

Onun sözlərinə görə, Litva öz tərəfdaşlarının qətiyyətli cavabını dəstəkləyəcək.

Qeyd edək ki, Rusiyaya məxsus hərbi pilotsuz uçan aparat Latviya ərazisinə düşüb. Xüsusilə, dağıntılar şənbə günü Rezekne bölgəsində aşkar edilib.

Hazırda məsul xidmətlər, xüsusən də polis insidentin başvermə səbəblərini araşdırır. Müdafiə Nazirliyinin ilkin məlumatına görə, bu, Rusiyaya məxsus hərbi əhəmiyyətə malik pilotsuz uçan aparatdır.

Onu da qeyd edək ki, Rusiyaya məxsus dronların Rumıniyanın hava məkanını pozması barədə də məlumat yayıblar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər