“İnsan kəsimxanası”ndakı məhbuslar azad edilib - Foto
Tarix: 09-12-2024 10:48 | Bölmə: Dünya
“İnsan kəsimxanası”ndakı məhbuslar azad edilib

Dəməşqə nəzarəti ələ keçirən müxalif qüvvələr “Sednaya” həbsxanasını boşaldıb. Bir vaxtlar bu habsxanada minlərlə müxalifət tərəfdarı işgəncələrə məruz qalaraq edam ediliyi üçün BMT buranı “insan kəsimxanası” adlandırıb.

Reyting.az
xəbər verir ki, “Heyat Tahrir əş Şam” (HTŞ) Telegram kanalında məhbusların azad edildiyini elan edib və bunu “Sednaya”da haqsızlıq dövrünün sonu adlandırıb.

Sosial mediada yayılan yoxlanılmamış videolarda insanların həbsxana ərazisindən axın etdiyi görünür. Məhbuslar və İtkinlər Dərnəyi sərbəst buraxılan məhbusların Dəməşq yaxınlığındakı Manin qəsəbəsinə yola düşdüyünü bildirib.



Dəməşqin 30 km şimalında yerləşən “Sednaya” həbsxanası 2011-ci ildə inqilabı başlayanlara və mülki şəxslərə verdiyi işgəncələrlə tanınır. Suriya İnsan Haqları Müşahidə Qrupu 2021-ci ilin yanvarında Suriyada vətəndaş müharibəsi başlayandan bəri 30 min məhbusun işgəncə, pis rəftar və kütləvi edamlar nəticəsində həbsxanalarda öldüyünü təxmin edərkən, beynəlxalq qurumlar bunun 5-13 min arasında olduğunu təxmin edir. 2011-ci ilin sentyabrından 2015-ci ilin dekabrına qədər “Sednaya”da minlərlə məhbuslar öldüyü və ya məhkəməsiz edam edildiyini təxmin olunur. ABŞ Əsəd administrasiyasını burada kütləvi edamlar həyata keçirməkdə və qətlləri gizlətmək üçün edam edilənləri krematoriumda yandırmaqda ittiham edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər