Paşinyan Qarabağdakı separatçı rejimin başçısını təcili Yerevana çağırdı
Tarix: 20-05-2019 19:20 | Bölmə: Dünya
Paşinyan Qarabağdakı separatçı rejimin başçısını təcili Yerevana çağırdı

Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın təcili Yerevana çağırılması haqda məlumat yayılıb.

Reyting.az Ermənistan mediasına istinadlabildirir ki, qondarma “respublika”nın “prezidentinin mətbuat katibi” David Babayan bu informasiyanı nə təsdiq, nə də təkzib etməyib.

Məlumata görə, Yerevana gedən Saakyan bu axşam “Mənim addımım” parlament fraksiyasının üzvləri ilə görüşəcək.

“Əgər görüş baş tutacaqsa, onda siz hər şeydən xəbərdar olacaqsınız”, - Babayan vurğulayıb.

Digər məlumata görə, Saakyanla görüşdə əsas mövzu Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Bakı Saakyanın və Qarabağdakı separatçı rejimin keçmiş başçısı Arkadi Qukasyanın şəxsi zaminlikləri ilə həbsxanadan azadlığa buraxılması ilə bağlı vəziyyət olacaq.

Baş nazir Nikol Paşinyanın bugünkü “Qarabağda Ermənistan hökumətinə qarşı yalan təbliğat aparılır” açıqlamasını nəzərə alsaq, Saakyanı Yerevanda xoşagəlməz söhbət gözlədiyini iddia etmək olar.

Reyting.az




Bölməyə aid digər xəbərlər