16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Prezidentin iki il əvvəl ölən atası dəfn ediləcək
Tarix: 01-06-2019 22:54 | Bölmə: Dünya
Prezidentin iki il əvvəl ölən atası dəfn ediləcək

Demokratik Konqo Respublikasında prezident Feliks Çisekedinin atası son mənzilə yola salınır.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, təntənəli vida mərasim Kinşasedədəki stadionda keçirilib.

Dəfn ölkənin paytaxtından 40 kilometr aralıdakı şəxsi rezidensiyada baş tutacaq.

Etyen Çisekedi 20 il boyu müxalifətçi olub. O, 84 yaşında Belçikada ölüb. Onun meyiti iki il yerli dəfn bürosunda saxlanılıb. 2019-cu il mayın 30-da vətəninə gətirilib.

Katolik kilsəsi bütün vətəndaşlara siyasətçi ilə vidalaşmağa çağırış edib. Nəticədə təntənəli mərasimdə on minlərlə insan, o cümlədən Ruanda və Anqola prezidentləri də gəlib. Stidionda gurultulu alqışlar səslənib, insanlar qışqırıb və fit çalıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}