Səudiyyənin yeni XİN rəhbəri kimdir?
Tarix: 24-10-2019 10:59 | Bölmə: Dünya
Səudiyyənin yeni XİN rəhbəri kimdir?

Dünən gecə Səudiyyə kralı Salman 45 yaşlı şahzadə Feysəl bin Fərhan Ali-Səudu Səudiyyə Ərəbistanının xarici işlər naziri təyin edib.

Reyting.az
“Ukaz” nəşrinə istinadla xəbər verir ki, Feysəl bin Farhan ötən ilin fevralında Səudiyyə Ərəbistanının Almaniyadakı səfiri təyin olunmuşdu.

Maraqlıdır ki, nazir İbrahim Asəfin istefasından sonra Xarici İşlər Nazirliyinə (XİN) yeni rəhbər gətirilən şahzadə Almaniya doğumludur.

O, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyində 5 il yüksək səviyyəli məsləhətçi işləyib, həm də Səudiyyə Ali Məhkəməsinin müşaviri olub.

Bin Fərhan Səudiyyə Hərbi Sənaye Korporasiyasının idarə heyətinin üzvü olduğu üçün hərbi işlərdə də iştirak edən şahzadələrdəndir. Bundan əlavə, o, “Əl-Salam” Hava Yolları Şirkətinin direktorlar şurasına da rəhbərlik edib.

Şahzadə "çətin anların siyasətçisi" olaraq xarakterizə edilir və əvvəllər Vaşinqtondakı səfirlikdə baş məsləhətçi vəzifəsini də tutub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}