19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşı da koronavirusuna yoluxub
Tarix: 02-03-2020 22:34 | Bölmə: Dünya
 Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşı da koronavirusuna yoluxub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı bölməsinin əməkdaşı yeni növ COVID-19 koronavirusuna yoluxub.

Reyting.az
xəbər verir ki, bunu xarici KİV-lərə ÜST-nin baş direktoru Tedros Adanom Gebreyesus bildirib.

A. Gebreyesus deyib ki, ÜST-nin İrandakı ofisinin əməkdaşından götürülən analizin cavabı müsbət olub.

ÜST-nin baş direktorunun sözlərinə görə, təşkilatın əməkdaşı xəstəliyi yüngül formada keçirir.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin öldüyünü və 291 nəfərin sağaldığını təsdiqləyib.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}