Nazir: “Bizi Soyuq müharibəyə sürükləyirlər”
Tarix: 25-05-2020 13:31 | Bölmə: Dünya / Xəbərlər
Nazir: “Bizi Soyuq müharibəyə sürükləyirlər”

ABŞ-dakı bəzi qüvvələr Vaşinqton ilə Pekin arasında “Soyuq müharibə” başladırlar.

Reyting.az
xəbər verir ki, bunu Çinin Xarici işlər naziri Vanq Yi koronavirus səbəbindən ABŞ-ın Çini ittiham etməsinə münasibət bildirərkən bəyan edib.

ABŞ prezidenti Donald Trampın və onun köməkçilərinin Çini ittiham etməsindən narahatlığını bildirən Vanq Yi deyib ki, Amerikadakı bəzi siyasi qüvvələr Çin-ABŞ münasibətlərini sanki girov götürüblər və iki ölkəni Soyuq müharibəyə sürükləyirlər.

Nazir əlavə edib ki, Vaşinqton koronavirusdan daha çox siyasi virusdan təsirlənib.

Yi əlavə edib ki, Çin hökuməti ABŞ-ın ittihamlarını qəbul etmir və beynəlxalq mütəxəssislərin aparacağı araşdırmaya hazırdır.

Qeyd edək ki, Ağ evdən Çinə qarşı çox sərt ittihamlar səsləndirilib. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert Obrien Pekinin yanlış bilgilərlə dünyanı aldatdığını bəyan edib.

Milli təhlükəsizlik müşaviri səhv informasiya verərək virusu bir müddət dünya ictimaiyyətindən gizlətmək cəhdlərinin Çernobıl qəzası ilə birlikdə tarixə düşəcəyini deyib: “Bu, Çin tərəfindən ortaya çıxarılan bir virusdur. Çernobılda etdikləri kimi, gələcəkdə bu hadisədən də filmlər çəkiləcək. 1986-cı ildə nüvə fəlakəti zamanı Sovet rəsmiləri bunu ilkin mərhələdə dünya ictimaiyyətindən gilətməyə çalışmışdı”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}