Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində 11 nəfər saxlanılıb
Tarix: 23-09-2020 11:32 | Bölmə: Dünya
Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində 11 nəfər saxlanılıb

Tbilisinin əsasən azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 11 nəfər narkotik alverçisi saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla saxlanılan şəxslərin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib. Onların yaşadıqları evlərdə aparılan axtarış zamanı heroin tərkibli narkotik vasitələr, pul və mobil telefonlar müsadirə edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunanları 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər