Tramp seçkidəki rəqibinə şans vermək istəmir
Tarix: 24-09-2020 11:15 | Bölmə: Dünya
Tramp seçkidəki rəqibinə şans vermək istəmir

ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək prezident seçkilərindən sonra hakimiyyətin dinc yolla ötürülməsini təmin edib-etməyəcəyinə dair sualı birbaşa cavablandırmaqdan çəkinib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Çərşənbə günü Ağ Evdə keçirdiyi mətbuat konfransında seçkilərdəki qələbəsinə inandığını deyən Tramp "Nə baş verəcəyini görəcəyik. Bilirsiniz ki, səsvermə prosesi ilə əlaqədar çox narazı idim və bu, tamamilə fəlakətdir",- söyləyib.

Seçkilərdən sonra hakimiyyətin sülh yolu ilə ötürülməsinə zəmanətə gəlincə, Tramp “hakimiyyətin ötürülməsi olmayacaq”, - deməklə özünə inamını ifadə edib.

Qeyd edək ki, ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi Co Baydendir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}