“Taliban” Kabil aeroportuna gedən yolu bağlayıb
Tarix: 24-08-2021 17:45 | Bölmə: Dünya
“Taliban” Kabil aeroportuna gedən yolu bağlayıb

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Həmid Karzay Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb.

TASS xəbər verir ki, bu barədə Kabildə keçirilən mətbuat konfransında “Taliban”ın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

“Biz aeroporta gedən yolu bağlamışıq və oraya yalnız xarici ölkələrin vətəndaşlarını buraxırıq”, - o qeyd edib.

Z.Mücahidin sözlərinə görə, avqustun 31-dən sonra təxliyə işləri qadağan ediləcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər