Rusiyada “Camaat ət-Tövhid vəl-Cihad” terror təşkilatının 31 üzvü saxlanılıb
Tarix: 25-08-2021 12:44 | Bölmə: Dünya
Rusiyada “Camaat ət-Tövhid vəl-Cihad” terror təşkilatının 31 üzvü saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva və digər regionlarda “Camaat ət-Tövhid vəl-Cihad” terror təşkilatının 31 üzvünü saxlayıb.

Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, FTX-nın Daxili İşlər Nazirliyi və “Rosqvardiya ilə birlikdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Moskva, Novosibirsk, Yakutsk, Krasnoyarsk və Kanskdə “Camaat ət-Tövhid vəl-Cihad” terror təşkilatının regionlararası strukturunun fəaliyyətinin qarşısı alınıb.

Nəticədə 31 nəfər saxlanılıb, saxlanılanlar arasında dəstənin başçıları və sıravi üzvləri olub. Məlum olub ki, saxlanılan şəxslər yeni üzvləri “verbovka” edərək Suriyaya göndəriblər, terrorçuları maliyyələşdiriblər, eləcə də onları terror aktları törətməyə çağırıblar(APA).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər