Rusiya və Çin liderləri Əfqanıstanla bağlı koordinasiyanı gücləndirəcək
Tarix: 25-08-2021 15:36 | Bölmə: Dünya
Rusiya və Çin liderləri Əfqanıstanla bağlı koordinasiyanı gücləndirəcək

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tsinpin Əfqanıstanla bağlı ölkələr arasındakı koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

TASS xəbər verir ki, sözügedən razılıq tərəflər arasındakı telefon danışığı zamanı əldə olunub.

Si Tsinpin Əfqanıstandakı siyasi qüvvələrin bütün terror təşkilatlarlarından uzaq olmasının vacibliyini vurğulayıb.

“Biz Əfqanıstanda bütün maraqlı tərəflərin birgə fəaliyyəti üçün açıq və tolerant siyasi çərçivənin formalaşdırılması niyyətindəyik”, - o qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}