Prezident: “Artıq heç bir güc ölkəmizə itkilər verdirə bilməz"
Tarix: 25-08-2021 17:35 | Bölmə: Dünya
Prezident: “Artıq heç bir güc ölkəmizə itkilər verdirə bilməz"

“Dünyadakı hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı deyib.

“Artıq heç kimin, heç bir kəsimin, heç bir gücün ölkəmizə, millətimizə, gənclərimizə itkilər verdirməsinə imkan verməyəcəyik. Dünən öz sərhədləri içərisində varlıq-yoxluq mübarizəsi aparan bir ölkədən bu gün bölgədə və dünyada hər kritik məsələdə söz sahibi olan ölkəyə çevrilmişik”, - o, qeyd edib.

Ərdoğan Malazgirt döyüşündə həyatını itirənləri yad edib:

“Millətimizə Anadolunun qapılarını açan böyük zəfərin 950-ci ildönümündə bu torpaqların vətənimiz olmasına və bu şəkildə qalmasına görə gözlərini qırpmadan canlarını ortaya qoyan bütün şəhidlərimizi, qazilərimiz, qəhrəmanlarımızı rəhmətlə, şükranla yad edirəm”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər