Aşotyan: “Paşinyan Nerona oxşasa da...”
Tarix: 26-08-2021 16:31 | Bölmə: Dünya
Aşotyan: “Paşinyan Nerona oxşasa da...”

“Xarakterlərin bütün oxşarlıqlarına baxmayaraq, Nikol Paşinyanla müqayisə İmperator Nero üçün təhqiramiz olardı”.

Reyting.az
“Armenian News”a istinadla xəbər verirki, bunu Ermənistan Respublika Partiyası (ERP) sədrinin müavini Armen Aşotyan mətbuat konfransında bildirib.

Onun müqayisəsi parlamentdə hakim fraksiya millət vəkillərinin müxalifətə hücumlarından irəli gəlib. "Nero xristianları təqib etməklə tanınır. Xristianları Kolizeyə apardır, çaqqal və göreşənləri onların üstünə buraxaraq mənzərəni seyr edərək sevindi. Parlamentdə də eyni mənzərəni şəkli gördük.

Əlbəttə, o da Nero kimi başabəla rəssam və xəstə artistdir, amma bu müqayisə belə onun üçün çoxdur. Nero heç olmasa kişi idi. Aqibətini anlayıb özünü bıçaqlamışdı. Nero belə bir müqayisədən inciyərdi".

ERP-in sədr müavini hökumətyönlü deputatların davranışını da tənqid edib: “Torosyan nazir və qərargah rəisidir, amma özünü xuliqan kimi aparır. Sisak Qabrielyan məşhur hay-küyçüdür. Siz testosteron qəbul edirsinizmi, nədir? Bəlkə dopinq?” - deyə Aşotyan soruşub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}