ABŞ-ın Kabilə aviazərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
Tarix: 30-08-2021 12:31 | Bölmə: Dünya
ABŞ-ın Kabilə aviazərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb

ABŞ-ın Kabilə aviazərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Bu barədə TASS xəbər yayıb.

Xatırladaq ki, ABŞ pilotsuz təyyarəsin Əfqanıstanın paytaxtı Kabilə zərbə endirib

Bu barədə həlak olanların qohumuna istinadən CNN telekanalı bildirib.

Qeyd edilir ki, ən kiçik qurbanların yaşları iki və üçdür.

Ölənlərin qohumu telekanalın jurnalistinə deyib ki, həlak olanlar adi ailənin üzvləri olub.

"Biz İŞİD deyilik, bu, (ABŞ-ın hədəfi-red) qardaşlarımın öz ailələri ilə yaşadıqları ev idi", - o qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər