Kabildə Aİ-nin nümayəndəliyi fəaliyyət göstərəcək
Tarix: 07-12-2021 16:28 | Bölmə: Dünya
Kabildə Aİ-nin nümayəndəliyi fəaliyyət göstərəcək

Yaxın həftələrdə Avropa İttifaqının (Aİ) Əfqanıstanın paytaxtı Kabil şəhərində nümayəndəliyi açılacaq. Lakin bu hələ rəsmi Brüsselin Əfqanıstanda “Taliban” hakimiyyətini tanıması demək deyil.

Bu barədə Aİ-nin xarici siyasət idarəsinin nümayəndəsi Nabila Massrali Avropa Komissiyasının mətbuat konfransında çıxışı zamanı bildirib.

“Biz Aİ-nin Kabildə minimal iştirakını təmin etmək üzərində çalışırıq. Bu, heç də tanınma demək deyil”, - o deyib/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər