Böyük Britaniyanı iqtisadi geriləmə gözləyir
Tarix: 07-12-2021 16:40 | Bölmə: Dünya
Böyük Britaniyanı iqtisadi geriləmə gözləyir

Birləşmiş Krallığın yaxın gələcəkdə inkişaf etmiş ölkələrdən geri qalacağını söyləyən yerli ekspertlər 2022-ci ildə iqtisadi artımın 5,1 faiz azalacağını proqnozlaşdırırlar.

Reyting.az
“The Guardian” qəzetinə istinadla xəbər verir ki, “omikron” ştammının fəsadları və biznesə sərmayələrin azalması səbəbindən Böyük Britaniyanın dünyanın inkişaf etmiş digər ölkələrindən geri qalmaq ehtimalı çoxdur. Belə bir qənaətə Britaniya Sənaye Federasiyası (CBI) və KPMG - Beynəlxalq Auditor Şirkəti gəlib. Onların skeptik proqnozları yerli mətbuatda dərc olunub. CBI-nin nümayəndələri əmindir ki, ölkə iqtisadiyyatının bərpa prosesi ləngiyəcək və gələn il artım tempi 5,1 faiz azalacaq.

Analitiklərin proqnozlarına görə, hökumət güzəştlərinin ləğvi nəticəsində işsizlik artacaq, onun səviyyəsi böhrana qədərki həddə qayıdaraq, 2023-cü ilin sonunda 3,8 faiz təşkil edəcək.

Öz növbəsində “omikron” ştammı ilə bağlı hökumətin tətbiq etməyə hazırlaşdığı istənilən xarakterli əlavə məhdudiyyətlər vəziyyəti daha da pisləşdirəcək.

Yerli mütəxəssislər Britaniya istisadiyyatında yaranan problemləri həmçinin bu ölkənin Avropa Birliyindən çıxması ilə də əlaqələndirirlər. Eksperetlər göstərir ki, Brexit ucbatından ölkə işçi qüvvəsinin çatışmazlığı ilə üzləşib. Hələlik kənd təsərrüfatında və mehmanxana biznesində başlayan kadr qıtlığı tezliklə orta biznesin bütün bölmələrinə yayılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər