Ermənistanın keçmiş müdafiə naziri və həyat yoldaşının əmlaklarına həbs qoyulub
Tarix: 08-12-2021 12:47 | Bölmə: Dünya
Ermənistanın keçmiş müdafiə naziri və həyat yoldaşının əmlaklarına həbs qoyulub

Ermənistan Baş Prokuroluğu keçmiş müdafiə naziri Seyran Ohanyan və xanımının əmlakına həbs qoyub.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın keçmiş mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryan və ailəsinin əmlakına da həbs qoyulub.

Vurğulanıb ki, prokurorluq Serj Sarqsyanın qardaşı Levon Sarqsyanın, oğlu və qızının, Dövlət Əmlak İdarəsinin keçmiş şöbə rəisi, parlamentin keçmiş sədri Qalust Saakyanın oğlunun, keçmiş ətraf mühit naziri Aram Arutyunyan və yaxınlarının əmlaklarının qanuniliyini də yoxlayır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər