XİN rəhbəri İsveçrənin prezidenti seçilib
Tarix: 08-12-2021 17:28 | Bölmə: Dünya
XİN rəhbəri İsveçrənin prezidenti seçilib

İsveçrənin xarici işlər naziri İnyasio Kassis ölkənin prezidenti seçilib.

TASS xəbər verir ki, seçkilər ölkə parlamentinin iki palatasının ümumi yığıncağında keçirilib. O, eyni zamanda həm xarici işlər naziri, həm də prezident vəzifələrini icra edəcək.

Kassis 2007-2017-ci illərdə Azad Demokratik Partiyanı parlamentin aşağı palatasında təmsil edib. 2017-ci il noyabrın 1-dən etibarən ölkənin Federal Xarici İşlər Departamentinə (Nazirliyinə) başçılıq etməyə başlayıb. 2021-ci il yanvarın 1-dən dekabrın 31-dək ölkənin vitse-prezidenti vəzifəsini icra edir.

Qeyd edək ki, İsveçrədə prezident vəzifəsini 7 nazirdən ibarət Federal Şuranın üzvləri ardıcıl olaraq icra edirlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər