Annalena Berbok Almaniyanın xarici işlər naziri təyin olunub
Tarix: 08-12-2021 17:42 | Bölmə: Dünya
Annalena Berbok Almaniyanın xarici işlər naziri təyin olunub

Almaniyanın xarici işlər naziri Annalena Berbok təyin olunub.

“RİA Novosti” xəbər verir ki, dekabrın 8-də Almaniya hökumətinin yeni nazirlərinin adları açıqlanıb.

Bildirilib ki, kansler Olaf Şolts kabinetində 16 nazir fəaliyyət göstərəcək.

Qeyd edək ki, Annalena Şarlotta Alma Berbok 1980-ci il dekabrın 15-də Almaniyanın Hannover şəhərində anadan olub. O, 2013-cü ildən İttifaqı/Yaşıllar Partiyasından bundestaqın deputatıdır. 2018-ci il aprelin 19-dan partiyanın sədri vəzifəsini tutur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər