Almaniyanın yeni kansleri ateistdir
Tarix: 08-12-2021 21:01 | Bölmə: Dünya
Almaniyanın yeni kansleri ateistdir

Sosial-demokrat Olaf Şolts andiçmə mətnindəki “Tanrı köməyim olsun” ifadəsini buraxıb.

N24 telekanalı ilə bundestaqdan canlı yayımlanan andiçmə mərasimində Almaniya hökumətinin yeni başçısı Olaf Şolts bu mətni oxuyub: “Bütün gücümü alman xalqının rifahına həsr edəcəyimə, onun varidatını artırmağa, hər cür zərərdən qoruyacağıma, Konstitusiyaya və federasiyanın qanunlarına riayət edəcəyimə və qoruyacağıma, öz öhdəliklərimi vicdanla yerinə yetirəcəyimə və hər bir vətəndaşa qarşı ədalətli davranacağıma and içirəm”.

Maraqlıdır ki, cənab Şolts Konstitusiyada öz əksini tapmış formulun sonuncu “Qoy Tanrı köməyim olsun” ifadəsini işlətməyib. Özünü dindən uzaq insan kimi xarakterizə edən yeni kansler bu cümləni buraxıb. О, Gerhard Şröderdən sonra belə and içən ikinci kanslerdir. Əslində sosial-demokrat bu barədə ictimaiyyəti əvvəlcədən məlumatlandırmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər