Rusiya XİN: "Ukrayna böhranının sülh yolu ilə həlli dalana dirənib”
Tarix: 09-12-2021 18:25 | Bölmə: Dünya
Rusiya XİN: "Ukrayna böhranının sülh yolu ilə həlli dalana dirənib”

“Hazırkı şəraitdə Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə danışıqlar dalana dirənib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O deyib ki, Brüsseldən Kiyevə maliyyə dəstəyinin göstərilməsi sülhə töhfə vermir. “Avropa İttifaqı bu yaxınlarda Ukraynanın hərbiləşdirilməsi prosesinə qoşuldu. Dekabrın 2-də isə Aİ Şurası Ukrayna Silahlı Qüvvələrinə hərbi-texniki yardım üçün 31 milyon avro ayrılması barədə qərar qəbul edib”.

Diplomat bildirib ki, Ukrayna üzrə təmas qrupunun və onun işçi alt qruplarının dekabrın 7-dən 8-dək keçirilən iclasları növbəti dəfə nəticəsiz qalıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər