Fransa Şengendə islahatlara hazırlaşır
Tarix: 09-12-2021 20:28 | Bölmə: Dünya
Fransa Şengendə islahatlara hazırlaşır

Avropa sərhədlərini mümkün təcavüzdən qorumaq üçün ekstern müdafiə mexanizmini qurmaq barədə düşünür.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, Paris Avropa Birliyinə sədrlik etdiyi zaman Şengen zonasında islahatlar aparmağa təşəbbüs göstərəcək. Bunu mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron bəyan edib.

“Biz bu dəfəki sədrliyimiz dövründə iki prioritet ətrafında Şengen zonasını islahatlara məruz qoymaq təşəbbüsü ilə çıxış edəcəyik”, - deyən fransız liderin sözlərinə görə, birinci prioritet avro zonasında olduğu kimi, Şengenə də siyasi idarəetmə tətbiq etməkdir. Cənab Makron ikinci prioritetin böhran vəziyyətində Avropanın sərhədlərinin ekstern müdafiəsi mexanizminin yaradılması olduğunu deyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər