Baş nazir Boris Conson dekretə çıxır
Tarix: 10-12-2021 12:27 | Bölmə: Dünya
Baş nazir Boris Conson dekretə çıxır

Britaniya hökumətinin çoxuşaqlı baş naziri körpəsinə qulluq etməkdən ötrü postunu müvəqqəti tərk etməyə hazırlaşır.

“The Sun” nəşrinin məlumatında deyilir ki, baş nazirin üçüncü arvadı Kerri ikinci körpəni dünyaya gətirib. Əvvəlki nikahlardan beş uşağı olan Boris Conson həyat yoldaşına körpəyə qulluqda kömək etməkdən ötrü bir müddət baş nazir postundan ayrılmağa qərar verib.

Britaniya hökumətinin rəsmi nümayəndəsinin açıqlamasına görə, baş nazir, ictimaiyyətin istəyinə uyğun olaraq, hökumətə rəhbərliyi davam etdirəcək, eyni zamanda ailəsinə də müəyyən qədər vaxt ayıracaq.

Nəşrin məlumatında deyilir ki, Boris Conson doğuşda şəxsən iştirak edib və onu xəstəxananın yanındakı küçədə görənlər olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər