ABŞ-da təbii fəlakət: çoxsaylı ölü və yaralılar var
Tarix: 12-12-2021 10:02 | Bölmə: Dünya
ABŞ-da təbii fəlakət: çoxsaylı ölü və yaralılar var

ABŞ-da baş verən tornado nəticəsində çoxsaylı insan həlak olub. Son məlumata görə, həlak olanların sayı 80-ə çatıb və bu sayın artma ehtimalı var.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, ölüm halları əsasən 5 ştatda qeydə alınıb. Ən ciddi dağıntı və tələfat Kentukki ştatında olub.

ABŞ prezidenti Co Bayden bu fəlakəti ölkə tarixindəki ən dəhşətli tornadolardan biri kimi xarakterizə edib.

Kentukki ştatının qubernatoru əhalini qan verməyə çağırıb. Xəsarət alanların dəqiq statistikası məlum deyil.

Təbii fəlakət regionunda fövqəladə vəziyyət elan edilib. Tornadonun fəsadlarının aradan qaldırılmasına ordu da cəlb olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}