Rusiyada koronavirusa yoluxanların sayı 10 milyonu keçib
Tarix: 12-12-2021 13:57 | Bölmə: Dünya
Rusiyada koronavirusa yoluxanların sayı 10 milyonu keçib

Təkcə son sutka ərzində Rusiyada qorxulu virusa 29.929 yoluxma faktı qeydə alınıb.

Rusiyanın elektron xəbər portallarının COVİD-19-la mübarizə üzrə Federal Operativ Qərargaha istinadla yaydığı məlumatlarda deyilir ki, virusa yoluxanların ümumi sayı artıq 10.016.896 nəfər təşkil edir. Bu xəstəlikdən 289.483 nəfər həyatını itirib.

Qamalei adına Tibb Mərkəzindən onu da bildiriblər ki, koronavirusun ilk dəfə Afrika ölkələrində aşkar edilmiş yeni “omikron” ştammı Rusiyada hələlik 2 nəfərdə qeydə alınıb.

Oxucularımızın diqqətinə onu da çatdıraq ki, bu günə bütün dünya üzrə 270 milyon yoluxma və 5,3 milyondan artıq ölüm faktı məlumdur. Qara siyahının ilk üçlüyündə Amerika Birləşmiş Ştatları (yoluxma - 49,8 milyon, ölüm – 796 min), Hindistan (yoluxma - 34,7 milyon, ölüm – 474 min) və Braziliya (yoluxma – 22,2 milyon, ölüm – 616 min) yer alır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}