“Omicron”a qarşı gücləndirici proqram başladılıb
Tarix: 13-12-2021 09:16 | Bölmə: Dünya
“Omicron”a qarşı gücləndirici proqram başladılıb

Böyük Britaniyanın baş naziri Boris Conson bu gün “Omicron”a qarşı mübarizədə milli gücləndirici vaksinasiya proqramına başladıqlarını bildirib.

Reyting.az
xəbər verir ki, yeni proqrama əsasən, bu ilin sonuna qədər 18 yaşını ötən hər bir şəxs koronavirusa qarşı üçüncü doza vaksin olunacaq.

B. Conson bildirib ki, “Omicron” sürətlə dalğa halında yayılır və iki doza peyvənd hamının ehtiyac duyduğu qorunma səviyyəsini təmin etmək üçün kifayət deyil.

Baş nazir bildirib ki, bütün yetkin yaşına çatmış şəxslərin yanvarın 1-nə qədər üçüncü doza vaksin olunması fövqəladə səy tələb edəcək və buna görə klinikalar öz iş saatlarını uzatmalı olacaq.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}