Koreya müharibəsi başa çatır
Tarix: 13-12-2021 09:35 | Bölmə: Dünya
Koreya müharibəsi başa çatır

Şimali və Cənubi Koreya 1950-1953-cü illərdə baş vermiş müharibənin sülhlə bitməsini elan etməyə hazırlaşırlar.

Reyting.az
BBC-yə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın başçısı Mun Çje İn bildirib. O, ölkəsinin Şimali Koreya, ABŞ və Çinlə birlikdə yetmiş il əvvəl baş vermiş müharibənin başa çatmasını rəsmiləşdirməyə hazır olduqlarını bəyan edib.

Cənab İn həmçinin deyib ki, bu yöndə danışıqlar heç də Şimali Koreyanın tələbi ilə başlamayıb. Cari ilin oktyabrında Şimali Koreyanın lideri Kim Çen Inın bacısı Kim Yo Çjon belə bir ehtimal irəli sürmüşdü ki, əgər Birləşmiş Ştatlar ölkəsinə qarşı “düşmənçilik siyasətindən” imtina edərsə, Pxenyan dialoqa müsbət yanaşacaq.

Xatırladaq ki, 1950-ci ildə başlayan Koreya müharibəsi 1953-cü ildə sülh sazişinin bağlanması ilə deyil, atəşkəslə bitib. O vaxtdan, müvafiq olaraq, Çindən və Amerikadan dəstək alan Şimali və Cənubi Koreya, de-fakto, müharibə şəraitindədir və qarşılıqlı münasibətlərində ara-sıra gərginlik yaşanır.

“Məhz bu səbəbdən biz - eyni xalqın nümayəndələri sülh bəyannaməsini müzakirə edib, razılığa gələ bilmirik. Amma indi ümid edirik ki, danışıqlar başlayacaq”,- deyə Mun Çje İn vurğulayıb.

Buna qədər ABŞ-da Şimali Koreya ilə təsadüfi hərbi münaqişənin yaranması ehtimalını mümkünsüz hesab edirdilər. Belə bir dəyərləndirməni ABŞ Silahlı Qüvvələri qərargah rəisləri Komitəsinin sədri general Mark Milli etmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}