Çin və Rusiya liderlərinin nədən danışacaqları açıqlanmır
Tarix: 13-12-2021 12:28 | Bölmə: Dünya
Çin və Rusiya liderlərinin nədən danışacaqları açıqlanmır

Çin və Rusiya liderlərinin onlayn formatda baş tutacaq görüşündə müzakirə ediləcək məsələlərin detalları açıqlanmır.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, ÇXR-in dövlət başçısı Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin arasında dekabrın 15-nə planlaşdırılan videokonfransda tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edəcəklər. Amma ÇXR XİN-nin rəsmi nümayəndəsi Xua Çunin verdiyi məlumatda gündəlikdə hansı məsələlərin yer aldığı açıqlanmır.

Qeyd edək ki, iki liderin bundan əvvəlki görüşü də onlayn platformasında baş tutmuşdu. Həmin görüş RF və ÇXR arasında mehriban qonşuluq, dostluq və əməkdaşlığa dair Müqavilənin 20 illiyi həsr olunmuş və cari ilin iyunun 28-də keçirilmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}