İngilis politoloq: “SSRİ-nin dağılması hələ başa çatmayıb”
Tarix: 13-12-2021 20:54 | Bölmə: Dünya
İngilis politoloq: “SSRİ-nin dağılması hələ başa çatmayıb”

Ekspert hesab edir ki, istənilən imperiya həmişə dağılmanın uzun yolunu keçir və bu zaman münaqişələr və xaos qaçılmazdır.

“Valday” klubunun eksperti, tanınmış britaniyalı politoloq Anatol Liven hesab edir ki, Sovet İttifaqının dağılması, eləcə də bütün postsovet məkanında dezinteqrasiya hələ tam yekunlaşmayıb. Bu barədə “lenta.ru”ya danışan ekspert qeyd edib ki, yaxın gələcəkdə dünya tamamilə başqa cür olacaq: “Biz hələ Birləşmiş Ştatlarda və Fransada nələrin baş verəcəyini görəcəyik. Böyük ehtimalla az müddət sonra Qərb çox şeyini itirəcək. Hətta Qərbdə demokratiyanın getdikcə sıradan çıxma təhlükəsi gözlənilir. Bəşəriyyətin üzləşəcəyi böyük fəlakətlər hakimiyyətin özünə yanaşmanın yenidən dərkinə məcbur edəcək”.

Maraqlıdır ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də buna bənzər fikir söyləmişdi. O, əmin olduğunu bildirmişdi ki, əhalinin böyük qismi Sovet İttifaqının süqutunu ağrılı hisslərlə qarşılayıb. “SSRİ-nin dağılması “tarixi Rusiyanın dağılması” demək oldu”, - deyə, Kremlin sahibi vurğulamışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}