Zelenski: "ABŞ-ın sanksiya təhdidləri Rusiyanı dayandırmaq üçün yetərli deyil"
Tarix: 14-12-2021 14:50 | Bölmə: Dünya
Zelenski: "ABŞ-ın sanksiya təhdidləri Rusiyanı dayandırmaq üçün yetərli deyil"

“ABŞ Prezidenti Cozef Baydenin Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar zamanı səsləndirdiyi iqtisadi sanksiyalarla bağlı təhdidlər Moskvanı dayandırmaq üçün hələ yetərli deyil”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın "La Repubblica" nəşrinə müsahibəsində deyib.

"ABŞ və Rusiya liderləri arasındakı danışıqlardan sonra sərhədlərimizə yaxın hərbi eskalasiyada azalma yoxdur. Əksinə, Azov dənizində yeni eskalasiya vəziyyəti yaranıb”, - o bildirib/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər