Makron Putinə zəng edib
Tarix: 14-12-2021 21:08 | Bölmə: Dünya
Makron Putinə zəng edib

Bu gün Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Kremldən verilən məlumata görə, prezidentlər əvvəlcə Ukrayna məsələsini müzakirə ediblər.

Hazırda Ukraynanın müasir silahlar əldə etdiyini Fransa liderinin diqqətinə çatdıran V. Putin bunun Pusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirib. O, rəsmi Kiyev tərəfindən Minsk razılaşmasının şərtrlərinin pozulmasına dair konkret misallar gətirib, eləcə də Donbasda vəziyyətin gərginləşməsinin günahını Ukraynanın üzərinə qoyub.

RF başçısı öz həmkarını NATO-nun Şərqə irəliləməsini aradan qaldıracaq hüquqi təminatların ləngimədən müzakirəyə çıxarmağa çağırıb. V. Putin bu prosesdə Fransanın da iştirakına ümid etdiyini vurğulayıb.

İki ölkə lideri həmçinin Belarus-Polşa sərhədindəki mühacir böhranına da toxunublar. Bu problemlə bağlı Avropanın Minsk ilə birbaşa əlaqəyə girməsinin vacibliyini qeyd edən Kremlin sahibi Baltikyanı ölkələr və Polşa tərəfindən qaçqınların hüquqlarının qorunmasına dair öhdəliklərin pozulmasına diqqəti çəkib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}