Aleksey Overçuk: "Azərbaycan AİB-də statusa malik olsa, daha çox faydalanar"
Tarix: 16-12-2021 13:41 | Bölmə: Dünya
Aleksey Overçuk: "Azərbaycan AİB-də statusa malik olsa, daha çox faydalanar"

"Azərbaycasn Avrasiya İqtisadi Birliyində (AİB) status əldə etsə, əməkdaşlıq əlaqələrindən daha çox faydalanar".

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.

O, Azərbaycanda Avrasiya İqtisadi Birliyinin o qədər də tanınmadığını deyib: “Əhalinin 30-40 faizi belə bir qurumdan xəbərsizdir. Odur ki, daha geniş tanıtmağa ehtiyac var”.

Onun sözlərinə görə, Azərbaycan Avrasiya İqtisadi Birliyində status əldə etsə, işçi qurumlarının fəaliyyətində iştirak edə, sənədləri əldə edə, təşkilatın daxili işlərindən xəbərdar ola bilər: “Təbii ki, daha çox xəbərdar olmaq əməkdaşlıqdan daha çox faydalana bilmək deməkdir”.

Xatırladaq ki, bu günlərdə Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyində Azərbaycana status vermək təklifini irəli sürmüşdü(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər