12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Rusiya Tacikistanın müdafiə qabiliyyətini gücləndirir
Tarix: 27-12-2021 18:00 | Bölmə: Dünya
Rusiya Tacikistanın müdafiə qabiliyyətini gücləndirir

Əfqanıstanla sərhəddəki vəziyyət təşviş və narahatlıq doğurur.

Bunu Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonla Sankt-Peterburqda keçirilən görüşdə bildirib.

“Tacikistan bizim sadiq, etibarlı, yaxın müttəfiqlərimizdən biridir. Biz bütün sahələrdə əlaqələri çox fəal şəkildə inkişaf etdiririk. Bu, təhlükəsizlik məsələlərinə də aiddir. Hazırda Əfqanıstanla sərhəddəki vəziyyət müəyyən həyəcan və narahatlıq doğurur”, - V. Putin vurğulayıb.

O qeyd edib ki, ölkəsi bu təhlükəni bölüşür və digər məsələlərlə yanaşı, Rusiya Tacikistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək edir/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}