12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Helikopter qəzası barədə məlumatı pilotun özü verib
Tarix: 27-12-2021 21:18 | Bölmə: Dünya
Helikopter qəzası barədə məlumatı pilotun özü verib

Rusiyanın Udmurtiya Respublikasında baş vermiş helikopter qəzası barədə oxucularını məlumatlandırmışdıq.

“Telegram-kanal Mash”ın verdiyi son xəbərə görə, İjevski şəhəri yaxınlığında yerə çırpılmış “Mi-2” helikopterinin pilotu və sərnişini xəsarət alsalar da, hər ikisi sağdır. Birinci belindən zədə alıb, ikincinin isə nəfəs almasında problem yaranıb.

Birbaşa qəza yerindən telefonla məlumat verən pilot Dəmir Qafurovun sözlərinə görə, helikopter havada qəfildən fırlanmağa başlayıb, idarəetmədən çıxıb və nəticədə yerə çırpılıb. Hələlik onlar şaxtadan donmuş meşə massivindədirlər və xilasediciləri gözləyirlər.

Məlum olub ki, hava gəmisindəkilər bu ərazidə salınmış neft kəmərinə baxış keçirirmişlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}