Belarusda prezident seçilməyə məhdudiyyət bərpa olunur
Tarix: 28-12-2021 09:47 | Bölmə: Dünya
Belarusda prezident seçilməyə məhdudiyyət bərpa olunur

Dekabrın 27-si axşam Belarusda konstitusiya dəyişiklikləri layihəsi dərc olunub. Novator.az bildirir ki, yenilik təşəbbüslərindən biri eyni şəxsin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyətin bərpasıdır.

Layihədə prezident seçilmək yaşının 35-dən 40-a qaldırılması təklifi də yer alır.

Digər təklifə əsasən, prezident seçilmək istəyən şəxs son 20 ildə ölkədə daimi yaşamalıdır.

Başqa ölkənin vətəndaşı olmuş və ya xaricdə yaşamaq hüququ əldə etmiş şəxsin prezidentliyə namizədliyi yasaqlanır.

Ümumilikdə ana qanunun 53 maddəsinə dəyişiklik və əlavələri, 14 yeni maddəni, 2 maddənin ixtisarını nəzərdə tutan layihənin 2022-ci ilin fevralında referenduma çıxarılması gözlənir.

1991-ci ildən müstəqil dövlət olan Belarusda prezident postunu Aleksandr Lukaşenko tutur. 1954-cü il təvəllüdlü Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə 5 il müddətinə prezident seçilib. 1996-cı ildə onun səlahiyyət müddəti 2001-ci ilədək uzadılıb. 2001-ci ildə Aleksandr Lukaşenko ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü ildə bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015 və 2020-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər