İran prezidenti Rusiyaya səfər edəcək
Tarix: 28-12-2021 12:51 | Bölmə: Dünya
İran prezidenti Rusiyaya səfər edəcək

İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə gələn ilin əvvəlində Rusiyaya səfər edəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahaduri bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində iki tərəfli iqtisadi-ticarət əməkdaşlığına dair məsələlər müzakirə olunacaq.

Ə.Bahaduri bildirib ki, hazırda səfərin planı tərtib edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}