Ukrayna “B variantına” da hazırlaşır
Tarix: 28-12-2021 23:48 | Bölmə: Dünya
Ukrayna “B variantına” da hazırlaşır
O. Markarova

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Rusiya ilə münasibətlərdə Kiyev və Vaşinqtonun eyni platformadan çıxış edəcəklərini bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə “LB.ua” elektron portalına danışan O. Markarova Ukrayna və Qərbin Rusiya ilə münasibətlərinin inkişafının iki variantını nəzərdən keçirdiklərini bildirib: “İndi biz hamımız bir yerdə - Ukrayna, ABŞ, Qərb, “A variantı” üzərində işləyirik. Yəni, “B variantına” keçməyə ehtiyac qalmasın deyə, diplomatik təmkin nümayiş etdiririk. Amma eyni zamanda ikinci varianta da fəal şəkildə hazırlaşırıq”.

Sayta müsahibəsində diplomat ikinci variant dedikdə, konkret nəyin nəzərdə tutulduğunu açıqlamasa da, jurnalistin “potensial hərbi qarşıdurma” və Qərb dövlətlərinin buna ciddi hazırlaşması ilə bağlı dəqiqləşdirməsini inkar etməyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər