Şalva Papuaşvili Gürcüstan parlamentinin sədri seçilib
Tarix: 29-12-2021 13:54 | Bölmə: Dünya
Şalva Papuaşvili Gürcüstan parlamentinin sədri seçilib

Şalva Papuaşvili X çağırış Gürcüstan parlamentinin sədri seçilib.

Məlumata görə, qanunverici orqanın növbədənkənar iclasında 88 deputat onun namizədliyini dəstəkləyib, 1-i əleyhinə səs verib.

Ş.Papuaşvili hazırkı çağırış parlamentinin sayca üçüncü spikeri olub.

O, 2020-ci ilin oktyabrında parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının siyahısı üzrə deputat seçilib. 45 yaşlı siyasətçi bu ilin martından Təhsil və elm komitəsinə rəhbərlik edib.

Xatırladaq ki, sabiq sədr Kaxa Kuçava dekabrın 24-də vəzifəsini tərk edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}