Fransada iki məscidə hücum olub
Tarix: 29-12-2021 14:20 | Bölmə: Dünya
Fransada iki məscidə hücum olub

Ötən gecə Fransada iki məscidə hücum olub.

“Habertürk” xəbər verir ki, təxribatlar Mure və Domene əyalətlərində qeydə alınıb.

Məscidlərin divarına “Müsəlmanlar zərərlidir” kimi sözlər yazılıb.

Fransa Türk Müsəlman Dərnəkləri Koordinasiya Komitəsi bu barədə açıqlamasında son vaxtlar ölkədə İslamofobiya meyillərinin artdığını və müsəlmanların birbaşa təzyiqlərə məruz qaldığını bildirib.

Qeyd edək ki, son hadisə ilə bağlı araşdırma başlanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}