Polşadan Belarusa qaçan əsgərin hökmü təsdiqlənib
Tarix: 29-12-2021 20:31 | Bölmə: Dünya
Polşadan Belarusa qaçan əsgərin hökmü təsdiqlənib

Olştın Dairə Məhkəməsi fərarilik edən əsgərin anasına qarşı zorakılığa görə hökmü təsdiqləyib.

“RİA Novoti”nin yaydığı məlumatına görə, bu gün Polşanın Olştın Dairə Məhkəməsi anası ilə qəddar davranışda ittiham edilən Enil Çeçkonun apellyasiya müraciətinə baxıb və ilkin hökmü qüvvədə saxlayıb. Məhkəmə prosesi zərərçəkənin maraqlarını əsas götürüb, qapalı rejimdə aparılıb.

Məhkəmə nümayəndəsinin verdiyi məlumatda qeyd olunur ki, cari ilin sentyabrında Bartoşis Rayon Məhkəməsi E. Çeçkonu altı aylığa azadlıqdan məhrum edib. Məhkəmə hökmü həmçinin əsgərə spirtli ikçi qəbulunu qadağan edib və ona anasına 50 metrdən az məsafədə yaxınlaşmağı və bir il ərzində canlı təmasa girməyi yasaqlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}