12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Sərxoş turist parlamenti otellə səhv salıb
Tarix: 30-12-2021 10:05 | Bölmə: Dünya
Sərxoş turist parlamenti otellə səhv salıb

Buxarestə dincəlməyə gələn irlandiyalı turist yerləşdiyi otelin əvəzinə Rumıniya Parlament Sarayına daxil olub.

Reyting.az
“Sunday World” nəşrinə istinadla xəbər verir ki, hadisə dünən səhər saatlarında baş verib. Üç günlüyə Buxarestə dincəlməyə gəlmiş İrlandiya vətəndaşı sərxoş vəziyyətdə qaldığı otelə qayıdan zaman çaşıb mehmanxanaya deyil, Rumıniya Parlament Sarayının binasına daxil olub. Hasardan içəri adlayan turist həyətdən Saraya yaxınlaşıb, birinci mərtəbənin pəncərəsinin şüşəsini qırıb və Konstitusiya Məhkəməsinin bölməsində öz nömrəsini tapmaq üçün kabinetlərin qapılarını qırmağa başlayıb. Sarayın mühafizə xidməti “axtarışlarını davam etdirən” irlandiyalı turisti yalnız üçüncü mərtəbədə görüb və polis çağırıb. İndi məhkəmə orta yaşlı irlandiyalını ictimai binaya qanunsuz daxil olma və tikiliyə vurduğu ziyana görə ittiham etməyə hazırlaşır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}