12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Putin Bəşər Əsədə vəd verib
Tarix: 30-12-2021 17:07 | Bölmə: Dünya
Putin Bəşər Əsədə vəd verib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin terrorizmlə mübarizədə Suriyaya köməyi davam etdirəcəyini söyləyib.

“Sputnik” radiosunun yaydığı xəbərdə deyilir ki, Rusiyanın dövlət başçısı, Suriya lideri Bəşər Əsəd daxil olmaqla, bir sıra xarici ölkələrin dövlət və hökumət rəhbərlərini Yeni il münasibətilə təbrik edib.

Xəbərdə daha sonra vurğulanır ki, Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədə təbrikində Putin bu ölkəyə bundan sonra da dəstək olacağını söyləyib: “Rusiya dost Suriyaya beynəlxalq terrorizmlə mübarizədə, eləcə də kompleks siyasi tənzimləmənin təmin edilməsində və postmünaqişə dövründə bərpa işlərinə yaxından yardım göstərəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}