12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Əşrəf Qəni Kabuldan qaçmasından danışıb
Tarix: 30-12-2021 18:16 | Bölmə: Dünya
Əşrəf Qəni Kabuldan qaçmasından danışıb

“BBC Radio 4” radiostansiyasının “Today” proqramının efirində Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni deyib ki, o, ölkəsini Kabulun dağıdılmasının qarşısını almaq üçün tərk edib.

Reyting.az
xəbər verir ki, sabiq prezident ilk dəfə Əfqanıstandan qaçmasına aydınlıq gəririb. Onun efirdən dediyinə görə, avqustun 15-i səhər yuxudan oyananda ölkəsində baş verənlər barədə azacıq belə təsəvvürü olmayıb, yalnız Kabuldan Özbəkistana uçan təyyarənin salonunda özünə gəlib.

“Taliban”ın iki ayrı-ayrı hərbi qruplaşması paytaxta hücuma keçmişdi. Onların arasında böyük miqyaslı münaqişənin alovlanması təhlükəsi yaranmışdı. Bu, baş verəcəyi təqdirdə beşmilyonluq şəhərin dağılması və insanların həyatının xaosa sürüklənməsi ilə nəticələnəcəkdi”, - deyən Əşrəf Qəni, onu ittiham edənlərə cavab olaraq bildirib ki, ölkədən böyük miqdarda pul çıxarmayıb:

“Hamı mənim necə yaşadığımı yaxşı bilir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}