In: “2022 “ölümcül savaş” ili olacaq”
Tarix: 01-01-2022 12:13 | Bölmə: Dünya
In: “2022 “ölümcül savaş” ili olacaq”

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In 2022-ci ili böyük mübarizə ili adlandırıb.

Reyting.az xəbər verir ki, Şimali Koreya rəhbəri ilin yekunlarına həsr olunmuş nitqində ABŞ, yaxud Cənubi Koreya ilə münasibətləri müzakirə etməkdən çəkinib və diqqəti daxili problemlərə yönəldib, təzə ildə “böyük ölüm-dirim” savaşını qazanmaqdan danışıb, eyni zamanda 2021-i “böyük qələbələr” ili kimi qiymətləndirib.

KXDR Mərkəzi Teleqraf Agentliyinin (KMTA) yaydığı məlumatda o da qeyd olunur ki, Şimali Koreya Əmək Partiyası (ŞKƏP) Mərkəzi Komitəsinin 8-ci çağırış dördüncü plenumu dekabrın 27-dən 31-dək davam edib. Plenumda ölkənin 2022-ci il üçün büdcəsi, 2021-ci ildə fəaliyyətin yekunları və cari ilin planları, eləcə də aqrar məsələ, ŞKƏP-nin nizamnaməsinə dəyişikliklər və təşkilati məsələlər müzakirə edilib.

Kim Çen In əmin olduğunu bildirib ki, ŞKDR xalqı və partiya bu il olduğu kimi, 2022-ci ildə də yeni uğurlar, qələbələr əldə edəcək və məqsədə doğru iri addımlarla irəliləyəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}