12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Finlandiya prezidenti Rusiyanın tələbləri ilə razılaşmır
Tarix: 01-01-2022 18:05 | Bölmə: Dünya
Finlandiya prezidenti Rusiyanın tələbləri ilə razılaşmır

“Hərbi gücdən istifadə etməklə təminatlı gələcəyi qurmaq mümkün deyil. Təmkin, məsuliyyət və dialoq irəli getməyin yeganə yoludur”.

Reyting.az
TASS-a istinadla bildirir ki, bu sözləri Finlandiyanın prezidenti Sauli Niinistyo əhaliyə Yenil il müraciətində deyib.

O, daha sonra sözlərinə bunları əlavə edib: “Bütün dövllətlərin suveren bərabərliyi hər kəsin hörmətlə yanaşmalı olduğu baza prinsipidir”.

Cənab Niinistyonun qənaətincə, Rusiyanın öz təhlükəsizliyinə təminatla bağlı ABŞ və Şimali Atlantika Alyansına qarşı səsləndirdiyi tələblər Avropadakı mövcud qaydalara ziddir.

Finlandiya prezidenti tele-müraciətində onu da vurğulayıb ki, avropalıların əksəriyyəti artıq neçənci dəfədir özlərindən soruşur, nəyə görə onları müzakirə edirlər, amma bu diskussiyalara dəvət etmirlər? “Qəribədir ki, AB-yə üzv bir sıra ölkələrin, o cümlədən, İsveç və Finlandiyanın suverenliyi Avropa Birliyindən kənarda müzakirə edilir. Birlik tərəf kimi yalnız sanksiyaların texniki koordinatoru rolu ilə razılaşmamalıdır”, - prezident belə hesab edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}